Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.
Apa-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.
Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.