"Arxadan zərbə": Ukrayna səfiri Polşa daşıyıcılarını sərhəd blokadasını dayandırmağa çağırıb

"Arxadan zərbə": Ukrayna səfiri Polşa daşıyıcılarını sərhəd blokadasını dayandırmağa çağırıb backend

Polşa daşıyıcılarının Ukrayna ilə sərhəddə üç keçid məntəqəsi yaxınlığında yolu bağlamaq qərarı arxadan vurulan zərbədir. Bu cür tədbirlər dayandırılmalıdır.

Qaziler.az bildirir ki, bu barədə  Ukraynanın Polşadakı səfiri Vasili Zvariç “Twitter” (X) səhifəsində iyazıb.

"Polşa daşıyıcıları tərəfindən Ukrayna ilə Polşa arasındakı Qrebennoye, Doroquska, Korçzovo sərhəd-keçid məntəqələrinə gedən yolların bağlanması Rusiyanın təcavüzündən əziyyət çəkən Ukraynanın kürəyinə ağrılı zərbədir. Ukrayna və Aİ arasında həmrəylik dəhlizləri təhlükə altındadır. Biz sərhəd blokadasına son qoymağa çağırırıq”, - diplomat vurğulayıb.


Xatırladaq ki, bu gün, noyabrın 6-da Polşa aviadaşıyıcıları Ukrayna ilə sərhəddə tətil elan ediblər. Onlar üç nəzarət-buraxılış məntəqəsinin yaxınlığında nəqliyyatın hərəkətini kəsiblər.

QAZİLER.AZ

Diaspora