İstanbulda bir nəfər İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz əlaməti olaraq McDonald's fast food restoranlarından birinə siçanları buraxıb.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 6-da Türkiyənin “Cumhuriye” qəzeti yazır.
Yerli medianın yaydığı kadrlarda bir nəfərin müəssisəyə qutu ilə girərək onu çevirərək gəmiriciləri buraxdığı görünür.
"Müsəlmanların ətini deyil, bu siçanları yeyin", - deyə o, McDonald's ziyarətçilərinə müraciət edib.
QAZİLER.AZ