Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.
Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Onun sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:
“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sa ğol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.
Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına Özgür Özəl yeni sədr seçilib.