Putin "Patriot" parkında məscid tikilməsini "yaxşı ideya" adlandırıb

Putin "Patriot" parkında məscid tikilməsini "yaxşı ideya" adlandırıb backend

Putin Moskva vilayətində "Patriot" parkında məscid tikintisinə dəstək verib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Moskva vilayətində Rusiya Silahlı Qüvvələrinin Patriot parkında məscid tikintisini yaxşı ideya adlandırıb. 

Paytaxtda Qızıl Meydanda Minin və Pojarskinin abidəsi önünə gül dəstələri qoyulması mərasimindən sonra ölkə Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin Putinə məscidin tikintisi təşəbbüsünü dəstəklədiyinə görə təşəkkür edib.

Müftinin qeyd etdiyi kimi, layihə razılaşdırılıb və Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqudan qərar qəbul edilib.

Qaynutdin həmçinin Putini gələcəkdə dini obyektin tikiləcəyi ərazidə abidə daşının açılış mərasimində iştirak etməyə dəvət edib.

“Yaxşı fikirdir” deyə Rusiya dövlət başçısı cavab verib.

QAZİLER.AZ

Diaspora