Ukraynalı deputat Jitomir şossesində 18 yaşlı qızı vuraraq öldürüb

Ukraynalı deputat Jitomir şossesində 18 yaşlı qızı vuraraq öldürüb backend

Jitomir vilayətində, Kiyev-Çop magistralında xalq deputatı 18 yaşlı qızı vuraraq öldürüb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Milli Polis və Dövlət Təhqiqat Bürosunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza noyabrın 3-də saat 09:45 radələrində  Jitomir rayonu Kiyev-Çop avtomobil yolunda kənd ərazisində baş verib.

 

Milli Polisə daxil olan ilkin məlumata görə, sürücü 44 yaşlı Kiyev vilayətinin sakini, Ukraynanın xalq deputatı olub.

"Suspilna"-nın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, rulun arxasında Batkivşinadan olan xalq deputatı Andrey Nikolaenko dayanıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Hadisənin bütün halları ilə bağlı araşdırmalar davam edir.

QAZİLER.AZ

Diaspora