Düşmənin Xarkov vilayətində PUA-dan istifadə edərək hücumu nəticəsində həmin gecə ciddi yanğınlar baş verib.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, ən böyük yanğın Xarkovda olub. Ölənlər arasında uşaqlar da var.
Bu barədə RBC-Ukrayna Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbav və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verib.
Rəsmi şəxs aydınlaşdırıb ki, rus işğalçıları Xarkovu təxminən yerli vaxtla saat 00:45 radələrində ilkin olaraq 4 "Şahed" tipli kamikadze pilotsuz uçan aparatla vurublar. Düşmən hücumu nəticəsində:
2 qaraj, 4 minik avtomobili və yardımçı tikili, texniki xidmət stansiyasının binası, fəaliyyət göstərməyən tikiş sexi və yaşayış binasına ziyan dəyib;
Təhsil müəssisəsi qismən dağılıb.
"Yanğınlar baş verib. 8 Xarkov sakini stressdən kəskin reaksiya ilə həkimlərə müraciət edib, o cümlədən 2 uşaq. Onlara yerindəcə kömək göstərilib", - hərbi administrasiya rəhbəri bildirib.
QAZİLER.AZ