Azərbaycanlıların kompakt yaşadığı şəhərin keçmiş merinin avtomobili atəşə tutulub

Azərbaycanlıların kompakt yaşadığı şəhərin keçmiş merinin avtomobili atəşə tutulub backend

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Dmanisi şəhərinin (Kvemo Kartli bölgəsi) keçmiş meri Giorgi Tatulaşvilinin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, əldə olan məlumata görə, Tatulavşilinin maşınına 5 atəş açılıb. Hadisə zamanı Dmanisi şəhərinin keçmiş meri maşında tək olub.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, eyni zamanda hadisə şahidləri dindirilir. Avtomobil müayinəyə aparılıb.

KİV-in məlumatına görə, hücum edənlər polis tərəfindən təqib edilsə də, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmayıblar. Cinayətkarlar qaça biliblər.

Giorgi Tatuaşvili 2017-ci ildə yerli hökumət seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından Dmanisi rayonunun meri seçilib. Üç il sonra, 2020-ci ilin avqustunda Tatuaşvili partiyadan xaric edildi. Daha sonra 2021-ci il seçkilərində müxalifətdə olan Vahid Milli Hərəkat partiyası tərəfindən Dmanisi merliyinə namizədliyi irəli sürülüb.

QAZİLER.AZ

Diaspora