Həbib Mahaçqala hava limanında iğtişaş törədənləri bağışlamağa çağırıb

Həbib Mahaçqala hava limanında iğtişaş törədənləri bağışlamağa çağırıb backend

Həbib Nurməhəmmədov Mahaçqalada iğtişaş törədənlərin bağışlanmasına çağırıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkələrdə Dağıstan hava limanında iğtişaş törədən gənclərin həyatını korlamamağa çağırıb.

“Allah bağışlayandır və bağışlayanları sevir”, - Nurməhəmmədov əlavə edib.

Döyüşçü Mahmud Maqomedov da öz postunda Dağıstan Respublikasının rəhbəri Sergey Melikova, respublika hökumətinə və səlahiyyətli orqanlara müraciət edərək, “gənclərin həyatını pozmamaq və onları nümunəvi şəkildə cəzalandırmaq” xahişi ilə müraciət edib.

Qeyd edək ki, oktyabrın 29-da yüzlərlə Dağıstan sakini Təl-Əvivdən təyyarə enişindən xəbər tutandan sonra Mahaçqala hava limanına axışıb. Onlar bölgəyə gələn yəhudilərin qovulmasını tələb ediblər.

Hadisədən sonra bir neçə nəfər saxlanılıb.

QAZİLER.AZ

Diaspora