Havaya üç, alnına bir güllə iğtişaşları dayandıracaq - Kadırov

Havaya üç, alnına bir güllə iğtişaşları dayandıracaq -  Kadırov backend

Çeçenistan Prezidenti Ramzan Kadırov Mahaçqaladakı iğtişaşlarla bağlı bildirib ki, havaya üç, alından bir güllə iğtişaşları dayandıracaq.

Qaziler.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Çeçenistan rəhbəri Ramzan Kadırov Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın əməkdaşları ilə görüşü zamanı bildirib ki, kütləvi iğtişaşlar baş verərsə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının atəşi ilə dayandırıla bilər. Kadırovun bu bəyanatı onun Telegram kanalında yayımlanıb.

O hesab edir ki, təhlükəsizlik qüvvələri polis əməkdaşlarına itaətsizlik halında iğtişaşları yatırarkən üç xəbərdarlıq atəşi, dördüncüsü isə “alnına” vurmalıdır. Kadırov qeyd edib ki, icazəsiz iğtişaşlara gedənlər saxlanılıb həbsxanaya salınmalıdır.

“Yaxud havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Onlar bir daha çıxmayacaqlar”, - deyə Çeçenistan rəhbəri bildirib.

Kadırov vurğulayıb ki, hüquq-mühafizə orqanları bu bəyanatı sifariş kimi qəbul etməlidir.

 

QAZİLER.AZ

Diaspora