Məktəbli dostu ilə birgə sinif yoldaşlarını yanğından xilas etdi - VİDEO

Məktəbli dostu ilə birgə sinif yoldaşlarını yanğından xilas etdi -  VİDEO backend

Başqırdıstanda məktəbli dostu ilə sinif yoldaşlarını yanğından necə xilas etdiklərini danışıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Başqırdıstanın Tuymazı şəhərində yanan məktəbdən 15 nəfəri xilas edən məktəbli Alan Valeev dostu ilə birlikdə bunu necə bacardıqlarını danışıb.

Məktəbli dərsin gedişində yanğın olduğu haqda siqnalların verildiyini bildirib Şağirdlər yanğının əhatə etdiyi qapıdan çıxa bilməyiblər.

Məktəblilər əşyalarını yığıb çıxışa doğru gediblər. Artıq dəhlizə tüstü gəlirdi, insanlar panikaya düşməyə başlayıb.

Valeyev və dostu qapını açmağa xeyli səy göstəriblər.

Yeniyetmənin sözlərinə görə, güclü tüstüdən qapıda dayanmaq mümkün olmayıb və yeniyetmələr yerə uzanmalı olublar.

O, dostu ilə xeyli çalışdıqdan sonra qapını aça bilib. Sinifdə olan müəllim və 15 şagird beləliklə ölümdən xilas ola biliblər.

Yanğın oktyabrın 29-da orta məktəb şagirdlərinin təhsil aldığı Başinformsvyaz binasının icarəyə götürülmüş ofisində baş verib.

 Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məktəblilərin dərsə gəldikləri əsas giriş yanğın nəticəsində kəsilib. Nəticədə 15 yeniyetmənin binadan çıxarılmasına iki sinif yoldaşı kömək edib.

Göstərdikləri şücaətə görə məktəblilər mükafatlandırılacaqlar. 

Bunun üçün Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsi lazımi məlumat və sənədləri toplayır.

QAZİLER.AZ

 

Diaspora