Türkiyə dünya siyasətində çox mühüm rol oynayır – Danimarka XİN rəhbəri

Türkiyə dünya siyasətində çox mühüm rol oynayır – Danimarka XİN rəhbəri backend

Türkiyə dünya siyasətində çox mühüm rol oynayır.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Xarici İşlər Nazirliyində xarici işlər naziri Hakan Fidan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

O bildirib ki, Danimarkada Qurani-Kərimin yandırılması ilə bağlı hüquqi qanunvericiliyin hazırlanmasında Türkiyə ilə böyük əməkdaşlıq ediblər.

"Türkiyə regional siyasətində, dünya siyasətində və Yaxın Şərqdə son dərəcə mühüm rol oynayan bir aktyordur. Eyni zamanda, təbii ki, bu rolun da müəyyən məsuliyyətləri var. Hər bir məsələdə perspektivlərimiz həmişə üst-üstə düşməsə belə, əmin olduğum bir şey var ki, ikitərəfli əlaqələrimiz daha da inkişaf edəcək " – deyə Rasmussen qeyd edib.

Görüş zamanı İsrail-Fələstin münaqişəsi barədə də müzakirələr aparılıb.

 

 

Diaspora