İstanbulda 29 Oktyabr Respublika Günü münasibətilə metro stansiyasında asılmış Atatürk afişaları ilə türk bayraqlarını çıxaran şəxs həbs edilib. Hadisənin əks-sədası davam edərkən, şübhəlinin bayrağa hücum etdiyi anların görüntüləri ortaya çıxıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, Qaziosmanpaşada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar metroda asılan türk bayraqlarını sökən 24 yaşlı şəxs polis tərəfindən yaxalanıb. Polisin şübhəlinin saxlanılması üçün keçirdiyi əməliyyat zamanı E.G. adlı polis məmuru və metronun Ü.B adlı xüsusi təhlükəsizlik işçisi (36) yaralanıb. Şübhəlinin buna kimi xəsarət yetirmə, qarət və narkotik kimi müxtəlif əməllərə görə 14 cinayət əməlinin olduğu müəyyən edilib.
Saxlanılan şəxs "Atatürkün mənəvi xatirəsini təhqir etmək və dövlətin suverenlik nişanələrini təhqir etmək", eləcə də "vəzifəsini yerinə yetirməmək üçün müqavimət göstərmək" cinayətlərinə görə məhkəmə orqanları tərəfindən tutularaq barəsində həbs qətiimkan tədbiri seçilib.