Ukrayna sərhədçiləri daha bir düşmən hədəfini vurub. Belə ki, Dövlət Sərhəd Xidməti Rusiyaya məxsus pilotsuz uçuş aparatını Xarkov vilayətinə endirib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
“Düşmənin döyüş pilotsuz təyyarəsinin uçuşu Xarkov istiqamətində sərhədçilər üçün növbəti çağırışdır”, - məlumatda deyilir.
Ukraynalı sərhədçilərin sözlərinə görə, döyüşçülər dəqiq və məharətli hərəkətlərlə düşmən “quşu”nu ildırım sürəti ilə yerə endirərək onu metal qırıntısına çeviriblər.
QAZİLER.AZ