USQ Avdeyevkada 20 hücumu dəf edib, Baxmutun cənubunda düşmənə zərbə vurur

USQ Avdeyevkada 20 hücumu dəf edib, Baxmutun cənubunda düşmənə zərbə vurur backend

Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka şəhərini ələ keçirmək cəhdlərindən əl çəkmir,  Ukrayna Silahlı Qüvvələri bir gündə düşmənin 20 hücumunu dəf edib. Eyni zamanda, Ukrayna hərbçiləri Baxmutun cənubundakı rus qoşunlarının mövqelərinə hücum edir.

Qaziler.az bildirir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib.

Spikerin sözlərinə görə, Avdeyevka istiqamətində rus işğalçıları aviasiyadan fəal istifadə edərək Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmirlər.

"Amma əsgərlərimiz müdafiəni mətanətlə saxlayır, düşmənə xeyli itki verir. Düşmənin Şimali Donetsk vilayəti ərazisindəki Stepnoye, Avdeyevka, Tonenki 20-dən çox hücumunun dəf edildiyi ərazilərdə düşmənin hücum hərəkətləri uğursuz alınıb", - o bildirib.

QAZİLER.AZ

Diaspora