Ukraynanın Avdeyevka şəhərinə hücumu başlayandan bəri şərqdə Rusiya ordusunun 5 min hərbçisi ölüb və yaralanıb. İşğalçılar həmçinin 400-ə yaxın zirehli texnika itiriblər.
Bu barədə RBC-Ukrayna telemarafonun efirində Tavriya Müdafiə Qüvvələrinin spikeri Aleksandr Ştupuna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, düşmən Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir, orada aviasiyadan fəal istifadə edir.
Ümumilikdə, Rusiya qoşunları son 24 saat ərzində Tavriya istiqamətində 16 hava hücumu həyata keçirib, onların əksəriyyəti Donetsk vilayətində olub.
Ştupun əlavə edib ki, Avdeyevka yaxınlığında düşmən hələ də əsasən piyada qoşunlarını hücuma atır, lakin bu yaxınlarda Ukrayna əsgərləri tərəfindən uğurla məhv edilən mexanikləşdirilmiş kolonnalar da qeydə alınıb.
Spiker onu da qeyd edib ki, Rusiya Federasiyası öz bölmələrini başqa istiqamətlərə köçürür.
QAZİLER.AZ