"Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın respublikada Rusiya hərbi bazasının olmasında heç bir üstünlük görmədiyi barədə sözlərindən xəbərsizdir".
Qaziler.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib.
“Biz hələ bilmirik ki, o, bu sözləri deyibmi, əgər deyibsə, harada və hansı kontekstdə deyib. Bizdə belə məlumat yoxdur”, - Kreml sözçüsü bildirib.
Eyni zamanda: "Kreml The Wall Street Journal-ı əsas mənbə kimi qəbul edə bilməz", - deyə o, vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Paşinyan “The Wall Street Journal”a müsahibəsində Rusiya hərbi bazalarının respublikada olmasında heç bir üstünlük görmədiyini bildirib.
QAZİLER.AZ