Acun Ilıcalı yenə təəccübləndirdi: qadınlardan ibarət bir işə sərmayə qoydu - FOTO

Acun Ilıcalı yenə təəccübləndirdi: qadınlardan ibarət bir işə sərmayə qoydu - FOTO backend

Media maqnatı və predüser Acun Ilıcalı doğulduğu Ərzurum şəhərində fabrik açıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, televiziya aparıcısı pulunu dəyərləndirməyi xoşlayır. Sonuncu dəfə futbol klubu alan Ilıcalı bu dəfə hər kəsi təəccübləndirən bir işə sərmayə qoyub.

“İlin 300 günü tərlik geyinirəm” deyən media maqnatı tərlik sektoruna əl atıb.

Belə ki, Ərzurumda iş adamı Fatih Mələklə birlikdə fabrik açan Ilıcalı həm də bpyük işçi qüvvəsi toplayıb. İşçilərin 80 faizi qadınlardan ibarət olan 500 nəfərlik işçi qrupu 15.000 kvadrat metrlik fabrikdə işləyəcək.

Acun Ilıcalı fabrikin açılışı üçün böyük mərasim təşkil edib.

QAZİLER.AZ

Diaspora