Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya qoşunlarının oktyabrın 24-nə keçən gecə Krımdan Ukrayna ərazisinə buraxdığı bütün kamikadze pilotsuz təyyarələri vurub.
Bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Belə ki, hərbçilərin məlumatına görə, 2023-cü il oktyabrın 24-nə keçən gecə işğalçılar cənub istiqamətindən (Çauda, Krım) altı ədəd "Şahed" tipli PUA ilə hücuma keçiblər.
“Hücum edən 6 dronun hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - məlumatda deyilir.
O cümlədən, düşmən hədəflərinin məhv edilməsi üçün döyüş təyyarələri, zenit-raket bölmələri və mobil atəş qruplarından istifadə edilib. Pilotsuz təyyarələr Xmelnitski, Vinnitsa və Nikolayev vilayətləri daxilində vurulub.
QAZİLER.AZ