Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edə bilər.
Qaziler.az-ın gürcü mətbuatına istinadən xəbərinə görə, Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri bildirib ki, bu ehtimal Pekin tərəfindən nəzərdən keçirilir.
Levan Davitaşvili qeyd edib ki, bu məsələ ötən həftə Çinin paytaxtında iki ölkənin iqtisadi əməkdaşlıq komissiyalarının iclası çərçivəsində müzakirə olunub.
Xatırladaq ki, Gürcüstan sentyabrın 11-də birtərəfli qaydada viza rejimini ləğv edib. Çin Xalq Respublikasının vətəndaşları ölkədə 30 gün vizasız qala bilərlər.
QAZİLER.AZ