Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini parlamentə göndərib

Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini parlamentə göndərib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.

"Report" "Star"a istinadən xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.

Diaspora