Donetsk və Xerson vilayətlərində atəş təhlükəsi və Rusiyanın işğalı səbəbindən uşaqların məcburi təxliyəsi elan edilib.
Qaziler.az bildirir ki, bu barədə Reinteqrasiya Nazirliyi və Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
Oktyabrın 23-də məcburi təxliyə üzrə Koordinasiya Qərargahının iclasında Donetsk vilayətindən 250-yə yaxın uşağın təxliyəsi elan edilib. O, vəziyyətin kritik olaraq qaldığı Baxmut və Pokrovski rayonlarının 8 yaşayış məntəqəsindən həyata keçiriləcək.
QAZİLER.AZ