Tbilisinin Tsotne Dadiani küçəsində vətəndaşlar yolu bağlayıb.
Qaziler.az bildirir ki, bu etiraz formasından 11 saylı dövlət məktəbinin şagirdləri və onların valideynləri istifadə ediblər. Mitinq iştirakçılarının sözlərinə görə, məktəb 3 il əvvəl yeni bina tikmək şərti ilə sökülüb, lakin hələ də tikintisinə başlanmayıb.
Etirazçılar deyirlər ki, məktəb olmadığı üçün övladlarını 3 il TEVZ ərazisində yerləşən məktəbə göndərməli olurlar:
“Hər il bizə yalan danışırlar ki, tikilir, amma heç kim görünmür, hətta inşaatçılar belə, ona görə aksiya keçirmişik”, - aksiya iştirakçılarından biri Formula telekanalına deyib.
Mitinq iştirakçıları məktəbin tikintisinə qəti zəmanət alana qədər aksiyanın davam edəcəyini deyirlər.
QAZİLER.AZ