Boğazına qaçan "jelibon" 6 yaşlı qızın ölümünə səbəb oldu

Boğazına qaçan "jelibon" 6 yaşlı qızın ölümünə səbəb oldu backend

Türkiyənin Məersin şəhərində yol kənarında hərəkətsiz vəziyyətdə tapılan 6 yaşlı qız aparıldığı xəstəxanada dünyasını dəyişib və onun boğazına "jelebon" qaçması nəticəsində öldüyü təxmin edilir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mersinin Tarsus rayonunda 6 yaşlı qızın ölümü çaşqınlığa səbəb olub.

6 yaşlı Nisə Cevizin yol kənarında uzandığını görən vətəndaşlar dərhal sağlamlıq qruplarına xəbər verib.


Hadisə yerinə gələn tibb işçiləri qıza ürək masajı və süni tənəffüs etdiriblər.

Xəstəxanaya aparılan kiçik qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Bağlar rayon məscidinin imam xətibi İshak Cevizin qızı Nisənin boğazında "jelibon" səbəbilə nəfəssiz qaldığı iddia edilib.

Onun cansız bədəni ekspertizaya göndərilib.

Mersin Ədliyyə Tibb Qurumuna aparılan Nisə Cevizin dəqiq ölüm səbəbi aparılan yarılma nəticəsində müəyyənləşəcək.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

QAZİLER.AZ

Diaspora