Ukrayna Milli Qvardiyasının əsgərləri cənub istiqamətində rus işğalçılarının böyük səhra anbarını məhv ediblər.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandiri Aleksandr Pivnenko deyib.
Zabit aydınlaşdırıb ki, düşmən bu anbarda artilleriya mərmiləri və tank əleyhinə minalar toplayır.
“M.Qruşevski adına 11-ci briqadanın aviasiya kəşfiyyatçılarının əməyi sayəsində bütün bunlar indi külə çevrilib”,- deyə o, qeyd edib.
Pivnenko həmçinin UMQ-nun Cənubi Odessa Ərazi Administrasiyasından düşmənin sursat ehtiyatlarının ləğvini əks etdirən videonu paylaşıb:
mənbə: RBK-Ukrayna
QAZİLER.AZ