Qarsda PKK əməliyyatı: 4 nəfər saxlanılıb

Qarsda PKK əməliyyatı: 4 nəfər saxlanılıb backend

Türkiyənin mərkəzi Qars olan 12 vilayətində terror təşkilatı PKK/KCK-ya qarşı həyata keçirilən əməliyyatda barəsində həbs qətimkan tədbiri seçilən 29 şübhəlidən 4-ü saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Qars Respublika Baş Prokurorluğunun koordinasiyasında Vilayət Jandarma Komandanlığı, ötən illərdə terror təşkilatı PKK/KCK üzvlərinə yardım  etdiyi müəyyən edilən şübhəlilərin tutulması istiqamətində əməliyyata başlayıb.

Qars mərkəzli Muş, İstanbul, Hakkari, İzmir, Bursa, Kocaeli, Ərzurum, Qaziantep, Bitlis, Şırnak və Mardində eyni vaxtda həyata keçirilən əməliyyatda haqqında həbs qərarı çıxarılan 29 şübhəlidən 4-ü nəzarətə alındı.

Jandarma qrupları qaçan 25 şübhəlinin tutulması üçün əməliyyatları davam etdirir.

QAZİLER.AZ

Diaspora