Paşinyan devrilsə, yerinə o gətirilə bilər

Paşinyan devrilsə, yerinə o gətirilə bilər backend

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan yaxın ətrafı ilə səmimi söhbət zamanı ölkənin baş naziri olmaq istədiyini bildirib.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatına sızdırılan xəbərdə deyilir.

Məlumata görə, Ermənistanın Qərbə üz tütun hazırkı baş nazir Nikol Paşinyanın Rusiyadan üz döndərməsi Moskvanın onu devirmək planlarını aktuallaşdırıb. Artur Vanetsyanın Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələrinin gücləndirdiyi də yayılan məlumatlar sırasındadır.

Qeyd olunur ki, Vanetsyan yaxın ətrafı ilə söhbət zamanı Rusiyanın onun baş nazirliyə namizəd olmasına müsbət yanaşdığını söyləyib. Bildirib ki, Ermənistanda Rusiyameyilli müxalifət liderləri arasında digərlərindən yaşca xeyli cavan olması onu rəqiblərindən bir addım öndə tutur.


A.Vanetsyan 1979-ciu il təvəllüdlüdür, onun 44 yaşı var.

General-mayor A.Vanetsyan 10 may 2018-ci il tarixindən 16 sentyabr 2019-cu il tarixinədək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində işləyib.
Bu vəzifədən istefa verdikdən sonra Vətən partiyasını qurub və həmin partiyasının sədri seçilib. A.Vanetsyan hazırda baş nazir Nikol Paşinyana qarşı siyasi fəaliyyət göstərir. 2022-ci il fevralın 7-də Artur Vanetsyan canlı efirdə insanlara Azadlıq meydanına gəlmək və Ermənistan hakimiyyətinin Qarabağla bağlı mövqeyinə etirazlarını bildirmək xahişi ilə müraciət etmişdi.

A.Vanetsyan 22 sentyabr 2018-ci ildə Ermənistan Futbol Federasiyasının prezidenti seçilib.

Diaspora