Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri İsrailin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hadas Meytsad ilə görüşüb.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, görüş zamanı tərəflər İsraildə baş verən son hadisələri müzakirə ediblər. İsrail səfiri daxili işlər nazirinə İsraildəki mövcud vəziyyətlə bağlı ətraflı və aktual məlumat verib.
Vaxtanq Qomelauri İsraildə insan itkisindən təəssüfləndiyini bildirib və Gürcüstan tərəfinin İsrailə və onun vətəndaşlarına qarşı terror aktını pislədiyini vurğulayıb.
Görüşün sonunda Hadas Meytzad İsrail dövlətinin və xalqının sarsılmaz dəstəyinə görə gürcü tərəfinə minnətdarlığını bildirib.
QAZİLER.AZ