Türkiyədəki İsrail vətəndaşları İstanbulu tərk edirlər

Türkiyədəki İsrail vətəndaşları İstanbulu tərk edirlər backend

Təl-Əvivdən havaya qalxan Arkia Hava Yollarına məxsus təyyarə Türkiyəni tərk etmək istəyən İsrail vətəndaşları üçün İstanbulda eniş edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyəni tərk etmək istəyən İsrail vətəndaşları bilet və baqaj prosedurlarından sonra pasport qeydiyyatından keçərək təyyarənin qapısına gediblər. Burada təhlükəsizlik yoxlamasından sonra sərnişinlər təyyarəyə aparılıb.

IZ1036 reysini yerinə yetirən Arkia təyyarəsinin İstanbuldan yerli vaxtla saat 19.30-da havaya qalxıb.

 İsrail vətəndaşları üçün El Al Hava Yollarına aid ikinci təyyarənin yerli vaxtla saat 22:00 radələrində İstanbulda olacağı bildirilib.

QAZİLER.AZ

Diaspora