Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Estoniyaya səfər edəcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, səfər iki ölkənin müdafiə sahəsində əməkdaşlığını maksimum dərəcədə artırmaq məqsədi daşıyır.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler sabah rəsmi səfər çərçivəsində Estoniyanın paytaxtı Tallin şəhərində olacaq.
Estoniyanın müdafiə naziri Hanno Pevkur tərəfindən mərasimlə qarşılanacaq Gülərin səfəri iki ölkə arasında əməkdaşlıq imkanlarını daha da inkişaf etdirmək və iki ölkənin müdafiə sahəsində əməkdaşlığını maksimum dərəcədə artırmaq məqsədi daşıyır.
Səfər zamanı Estoniya ordusu üçün zirehli texnikanın alınmasına dair müqavilənin imzalanması planlaşdırılır.
QAZİLER.AZ