Azərbaycanda da çox izlənilən Türkiyənin məşhur fenomeni Dilan Polat və əri Engin Polat barədə sərt qərar çıxarılıb.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, müxtəlif iş yerlərinə edilən hücumlarda gündəmə gələn və vergidən yayınma iddiaları ilə tanınan Dilan Polat və əri Engin Polatın əmlakının müsadirə edilməsinə qərar verilib. Bundan əlavə, Polat cütlüyünə ölkəni tərk etmək qadağası qoyulub.
Bundan başqa, onların birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə ediləcək.
Xaricə çıxışı qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı üzə çıxıb. Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.
Qeyd edək ki, kişi və qadın gözəllik salonları zənciri olan Dilan Polat instagram və tik-tokda dəbdəbəli həyatını sərgiləmək, bahalı maşınlar və ad günləri keçirtməklə gündəmə gəlib. Onun davranışları sosial mediada daim müzakirə və tənqid olunub.