Mustafa Kamal Atatürkün fotoşəkilinə qarşı nalayiq hərəkətlər edən lisey şagirdi 1 il 8 ay həbs cəzasına məhkum edilərək təxliyə olunub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu yaxınlarda İstanbulun Üsküdar rayonundakı liseydə çəkilən görüntülər sosial mediada böyük etiraza səbəb olub.
Görüntülərdə A.E.S. adlı orta məktəb şagirdinin əlində ulu öndər Atatürkün fotosu ilə nalayiq hərəkət etdiyi müşahidə edilib.
Bununla bağlı hərəkətə keçən polis tərəfindən lisey şagirdi A.E.S həbs olunub.
Həbs olunaraq 3 ilə qədər həbs cəzası istənən 17 yaşlı imam-hatip lisey şagirdi A.E.S. 1 il 8 aya qədər həbs cəzasına məhkum edilərək təxliyə olunub.
QAZİLER.AZ.