Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Tbilisidə “ictimai ofisi” açılıb.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, Saakaşvilinin nümayəndəsi Sofo Caparidzenin bildirdiyinə görə, ofis bütün vətəndaşlar üçün açıq olacaq və onun vasitəsilə onlar Gürcüstanın keçmiş prezidenti ilə birbaşa əlaqə saxlaya biləcəklər.
Açılışda Mixail Saakaşvilinin tərəfdarları və siyasətçilər toplaşıb. Ofisdə Mixail Saakaşvilinin paltarları və digər əşyaları yerləşdirilib.
QAZİLER,AZ