“Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə verilib”
Bu barədə İran məhkəmə sisteminin nümayəndəsi Məsud Setayişi mətbuat konfransında bildirib.
O, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxsə ölüm hökmü verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Bu iş üzrə dinləmələr hələ baş tutmayıb və hökm oxunmayıb”, - deyə Setayişi əlavə edib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə ediliblər.
Mənbə: Farsnews.ir