Türkiyədə MHP Tokatda 15 İyul şəhidi Ömər Halisdemirin adını daşıyan küçənin adının dəyişdirilməsinə imza atan 2 partiya üzvünü xaric edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, MHP sədrinin müavini Sadir Durmaz Tokatın Sulusaray mahalı Bələdiyyə Məclisində "Şəhid Ömər Halisdəmir küçəsi"nin adının dəyişdirilməsinə qərar verən 2 məclis üzvünün istefasının qəbul edildiyini bildirib.
Durmaz yazılı açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
Tokat Sulusaray rayon bələdiyyə məclisinin 15 iyul qəhrəman şəhidi Astsubay Ömər Halisdemirin adını daşıyan küçənin adının dəyişdirilməsi qərarına müsbət səs verən 2 məclis üzvünün istefasını qəbul edib və onların partiya ilə əlaqələrinin kəsildiyini bildirib.
Qeyd olunur ki, Sulusaray Bələdiyyə Məclisi avqust ayında "Şəhid Ömər Halisdemir küçəsi" adının dəyişdirilməsi təklifini qəbul etmiş, lakin Tokat valiliyi bu qərarı ləğv etmişdi.
QAZİLER.AZ