İki ailə arasında dava qanla bitdi: 1 nəfər öldü, 12 nəfər yaralandı - VİDEO

İki ailə arasında dava qanla bitdi: 1 nəfər öldü, 12 nəfər yaralandı - VİDEO backend

Şanlıurfada qohumlar arasında dava qanla bitib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki ailə arasında tapança, tüfəng, bıçaq, daş və dəyənəklərdən istifadə edilən davada 33 yaşlı İbrahim Kurt  həyatını itirib, 12 nəfər yaralanıb.

Şanlıurfada iki ailə arasında mübahisə ölümlə nəticələnib. Hadisə günorta saatlarında Paşabağı rayonunda baş verib. İddiaya görə; boşanma və alacaq məsələsinə görə dava edən iki qohum ailə arasında mübahisə düşüb. Bir müddət sonra mübahisə tapança, tüfəng, bıçaq, daş və dəyənəklərdən istifadə edildiyi davaya çevrilib.

Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası gəlib.

Polisin sonlandırmaqda çətinlik çəkdiyi davada yaralanan 13 nəfər təcili yardımlarla xəstəxanalara aparılıb. Müalicə alan yaralılardan İbrahim Kurtu xilas etmək mümkün olmayıb.

2 avtomobilin zədələndiyi hadisə yerində araşdırma zamanı çoxlu sayda boş patron, dəyənək, bıçaq və silah ələ keçirilib.

Davada iştirak edən bəzi şübhəlilər saxlanılıb, araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora