Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyə Milli Mudafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” əməliyyatları bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.
İlkin məlumatlara görə, azı 14 terrorçu zərərsizləşdirilib.