HDP millət vəkili Semra Güzelin həbsdə mühakimə olunduğu işdə, Güzellə fotoları üzə çıxan və türk əsgəri ilə döyüşdə öldürülən terrorçu Volkan Boranın anası Songül Bora Semra Güzelin gəlini olduğunu bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Adıyamanda 2017-ci ildə terror təşkilatı PKK-ya qarşı havadan dəstəklənən əməliyyatda zərərsizləşdirilən terrorçu Volkan Bora və Türkiyə Böyük Millət Məclisində barəsində xülasə hesabat hazırlanan və toxunulmazlığı ləğv edilən HDP üzvü Semra Güzel haqqında məhkəmə prosesi davam edir.
Ötən il sentyabrın 2-də saxta vəsiqə ilə xaricə qaçmaq istəyərkən tutularaq həbs edilən Güzelə qarşı "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7,5-dən 15-ə qədər həbs cəzası tələbi ilə iddia açılıb.
Məhkəmə heyətinin sədri terrorçu Volkan Boranın anası Songül Boranın şahid qismində dinləniləcəyini açıqlayıb.
Məhkəməyə SEGBİS vasitəsi ilə qatılan Songül Bora Semra Güzelin gəlini olduğunu, oğlu Volkan Bora ilə Güzelə söz verildiyini bildirib.
Bora oğlunu 5 ildir görmədiyi üçün Güzeldən kömək istədiyini iddia edib.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.
QAZİLER.AZ