Baxmut istiqamətinin cənub cinahında dəmir yolunun ərazisində şiddətli döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri düşməni geri çəkilməyə məcbur etməyə çalışır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaşa istinadən məlumat verib.
"Hazırda dəmir yolu ərazisində şiddətli döyüşlər gedir. Biz düşməni geri itələməyə və əldə olunan xətlərdə möhkəmlənməyə çalışırıq. Düşmən müxtəlif növ artilleriyadan, raketdən mövqelərimizi atəşə tutmaqda davam edir. Son 24 saat ərzində tanklar, minaatanları, həmçinin atıcı silahlar da daxil olmaqla 489 hücum qeydə alınıb”, - deyə Yevlaş bildirib.
O əlavə edib ki, göstərilən istiqamətdə 10 hərbi toqquşma baş verib və onlar işğalçılar üçün uğursuz olub. Ukrayna Silahlı Qüvvələri düşmənin 178 canlı qüvvəsini və bir sıra texnikasını məhv etməyə müvəffəq olub.
QAZİLER.AZ