Almaniya hökumətinin yaxın gələcəkdə Ukraynaya “Taurus” uzaqmənzilli raketləri tədarük etmək planı yoxdur.
Bu barədə RBC-Ukrayna "Bild"-ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Almaniya hələ ki, Ukraynaya tədarükdən rəsmi imtina göndərməyib, lakin qeyri-ictimai müzakirələrdə “hələlik raket tədarük etməyəcəklərini anladıb”.
"Bild" əlavə edirlər ki, Almaniya kansleri Olaf Şolts “Taurus” məsələsini Ukrayna üçün açıq qoyur, lakin gələcəkdə də onun Ukraynaya çatdırılma ehtimalı çox azdır.
“Almaniya hökumətinin nümayəndələri həmçinin “Taurus” raketlərinin Kerç körpüsünü vura biləcəyindən narahat olduqlarını bildiriblər”, - nəşr əlavə edib.
QAZİLER.AZ