Türkiyə Daxili İşlər Nazirliyi Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən terrorçunun kimliyini müəyyən edib.
TASS xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.
“DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK təşkilatının üzvü - Özkan Şahin olduğu müəyyən edilib”, - məlumatda bildirilib.
Daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu məlum olub.
Report.az