Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya bu gün növbəti dəfə terror hücumu zamanı yaralanan polis məmuru Alim Reis Demireli və Erkan Karataşı ziyarət edib.
Qaziler.az “Ensonhaber.com”a istinadla xəbər verir ki, ziyarət zamanı polis məmuru Demirel ilə Türkiyə prezidenti R.T.Ərdoğan arasında telefon danışığı baş tutub.
Ərdoğan ilk olaraq müalicə prosesi ilə bağlı nazir Yerlikayadan məlumat alıb. Daha sonra telefon danışığında bu fikirləri ifadə edib:
“Əlhəmdulillah səsin gözəl gəldi. İnşallah Allah şəfa versin. Ahımız yerdə qalmadı, inşallah qalmayacaq. Bədəlini ağır ödədilər. İnşallah bundan sonra da eyni ağır bədəli ödəməyə davam edəcəklər. Siz zatən bu şüurla bu yolda gedirsiniz. Siz bu şüurla bu yolda mübarizə aparırsınız. İnşallah bundan sonrakı dövrdə də Allah bütün təhlükəsizlik qüvvələrimizin yanında olar. Allah köməyiniz olsun, Allah şəfa versin”.
QAZİLER.AZ