Amasiyada ad günü tortu yedikdən sonra pisləşən 12-si uşaq olmaqla 14 nəfər müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, 12 orta məktəb şagirdi dostlarının ad gününü qeyd etmək üçün İhsaniyyə rayonundakı evdə tort kəsib.
12-si uşaq olmaqla 14 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanada müalicə altına alınıb.
Şagirdlərin sağlamlıqlarının yaxşı olduğu bildirilib.
QAZİLER.AZ