Rusiya DİN Arestoviçi axtarışa verdi

Rusiya DİN Arestoviçi axtarışa verdi backend

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.

Bu barədə nazirliyin axtarış məlumat bazasında bildirilib.

“Aleksey Nikolayeviç Arestoviç. Ukraynalı. Doğulduğu yer: Gürcüstan SSR, Tsiteli-Skaro şəhəri. Cinayət Məcəlləsinə əsasən axtarışdadır”, - deyə məlumat bazasında qeyd edilib.

Axtarışın konkret hansı maddə üzrə aparıldığı isə göstərilməyib.

Xatırladaq ki, Aleksey Arestoviç daha əvvəl Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Mənbə: TASS

Diaspora