Moskva müftisi yeni məscidə Ramzan Kadırovun adının verilə biləcəyini etiraf edib.
Qaziler.az bildirir ki, Moskvanın müftisi İldar Alyautdinov Gazeta.Ru ilə söhbətində Moskvada Cənubi Butovoda Axmat Kadırov küçəsində yeni məscidin tikintisini “böyük sevinc” adlandırıb. O, vurğulayıb ki, tikinti sahəsi hakimiyyət orqanları və şəhər sakinləri ilə razılaşdırılmalıdır.
Alyautdinov qeyd edib ki, məscidə konkret şəxsin adının verilməsi praktikası İslama zidd deyil, ona görə də məbədin Axmat və ya Ramzan Kadırovun adını daşımasında “qınağa layiq heç nə yoxdur”.
QAZİLER.AZ