İran ordusu irimiqyaslı PUA təlimlərinə başlayıb

İran ordusu irimiqyaslı PUA təlimlərinə başlayıb backend

İran ordusu ölkənin böyük bir hissəsini əhatə edən genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) təliminə başlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İran dövlət televiziyasının məlumatına görə, təlimin komandiri kontr-admiral Həbibullah Seyyari mətbuata açıqlamasında “1402 Ordu PUA” adlı təlimin səhər saatlarında başladığını və 2 gün davam edəcəyini bildirib.

İranlı komandir qeyd edib ki, təlimdə müxtəlif tipli PUA-lardan istifadə olunub.

Digər tərəfdən təlim zamanı “Kaman 19” adlı yeni PUA da təqdim edilib.

Məlumat verilib ki, yeni PUA ilk dəfə sınaqdan keçirilib və təlimdə elektron döyüş tədbirlərini uğurla yerinə yetirib.

QAZİLER.AZ

Diaspora