Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb

Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb backend

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb.

Trend xəbər verir ki, Saakaşvili bu barədə özünün "X" (Tvitter) səhifəsində yazıb.

"Məhz indi ətrafımızda xeyirlə şərin mübarizəsi gedir. Azərbaycan Ukraynada müharibəni fəal şəkildə dəstəkləyən Ruben Vardanyanı, həmçinin, qondarma "Abxaziya" və "Cənubi Osetiya" ilə əlaqələr quran qondarma "xarici işlər naziri" David Babayanı həbs edib.

Bu gün adıçəkilən işğal olunmuş ərazilər öz tərəfdaşlarını itirdi", - deyə o yazıb.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Sentyabrın 29-da isə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.

Ermənistan vətəndaşı olan R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Diaspora