Ankarada FETÖ əməliyyatı: 9 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 9 nəfər saxlanılıb backend

Ankara Respublika Baş Prokurorluğunun Fətullahçı Terror Təşkilatına qarşı apardığı iki ayrı istintaqda haqqında həbs qərarı çıxarılan 14 nəfərdən 9-u yaxalanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Respublika Baş Prokurorluğundan verilən məlumata görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində Quru Qoşunları Komandanlığında “məxfi xidmətlər” adlandırılan FETÖ strukturu ilə əlaqəsi olan şübhəlilər müəyyən edilib. 

1-i imam, 1-i qovulmuş mayor, 8-i işdən çıxarılan hərbi tələbə də daxil olmaqla 10 şübhəlinin Ankaranın müxtəlif bölgələrindəki bufet, ərzaq mağazası və market kimi ictimai iş yerlərində əvvəlcədən ödənişli sabit telefonlardan istifadə edərək gizli idarəçilərlə əlaqə saxladığı  müəyyən edilən 10 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

QAZİLER.AZ

 

Diaspora