Şırnakda PKK-ya qarşı əməliyyat: Həbs edilən var

Şırnakda PKK-ya qarşı əməliyyat: Həbs edilən var backend

Türkiyənin Şırnak bölgəsində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda saxlanılan 10 şübhəlidən biri həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, valilikdən verilən açıqlamaya görə, 25 sentyabr - 1 oktyabr tarixləri arasında silahlı terror təşkilatı PKK/KCK-nın şəhər mərkəzi və rayonlardakı hərəkət və fəaliyyətlərini deşifrə etmək üçün Əyalət Təhlükəsizlik Müdirliyi tərəfindən araşdırma aparılıb.

İstintaq zamanı 10 şübhəli saxlanılıb. İstintaq-əməliyyat tədbirlərindən sonra 2 şübhəli aidiyyəti bölmələrə təhvil verilib.

Məhkəməyə çıxarılan 6 şübhəlidən 1-i həbs edilib, 5-i isə sərbəst buraxılıb.

2 şübhəli barəsində istintaq araşdırmaları davam edir.

QAZİLER.AZ

Diaspora