Türkiyədə terror hadisəsi baş verdi

Türkiyədə terror hadisəsi baş verdi backend

Bu gün səhər 09.00-09.30 arasında Türkiyədə terror hadisəsi baş verib. Təhlükəsizlik Baş İdarəsinin qarşısına yaxınlaşan avtomobildən 2 nəfər terrorçu düşüb idarəyə yaxınlaşıb. Təhlükəsizlik xidmətinin əməkdaşları onlara yaxınlaşanda terrorçulardan biri üstündə olan qumbaranı partladıb, digəri isə tutularaq, zərərsizləşdirilib. Mühafizə əməkdaşlarından 2 nəfər yaralanıb. 

Xatırladaq ki, bu gün TBMM öz işinə başlayıb. Yeni sezon açılışı günündə Türkiyə terrorla qarşılaşdı. 

Bu haqda Türkiyə İç İşler Bakanı Ali Yerlikaya açıqlama verib. O, bildirib ki, sonuncu terrorçu Türkiyədən çıxarılana qədər mübarizəmiz davam edəcək

Bu haqda məlumatı "QAZİLER.AZ" saytına Türkiyə-Anadolu Ocakları Başkanı Recai Çelik verib. Çelik bildirib ki, terrorçular bu əməlləri ilə nə Türkiyəni sarsıda bilməyəcək, nə də dövlətin işlərinə əngəl yaratmağı bacarmayacaqlar.

 

QAZİLER.AZ

 

Diaspora